Hər kəs bu azərbaycanlının cəsarətindən danışır: Bayrağa sevgisi ilə düşmənə meydan oxuyan gənc danışdı VİDEO


Digərləri 22 Avq 2018 22:49:00 284 0

Hər kəs bu azərbaycanlının cəsarətindən danışır: Bayrağa sevgisi ilə düşmənə meydan oxuyan gənc danışdı  VİDEO

Qazax rayonunun Məzəm kəndində düşmən gülləsindən qorunmaq üçün çəkilən təhlükəsizlik bəndində bayrağı düzəldən gənc danışıb. Son.az bildirir ki, bayrağa olan sevgisi ilə düşmənə meydan oxuyan Fərid Ibrahimov Tovuz rayon sakinidir. Özü də keçmiş hərbçidir. Kəndə qonaq gedən gənc həmin anı bizimlə bölüşüb.

Tovuzun Qaziqulu kənd sakini Fərid İbrahimov Qazaxın Məzəm kəndində dostu ilə qonaq gedən zaman bu addımı atıb. Üç rəngli dövlət bayrağımızın asılqana dolanıqlı vəziyyətdə görən gənc özündən asılı olmayaraq istinad divarına çıxaraq bayrağı açıb və öpür. Hər anı təhlükə dolu anları Fərid İbrahimov belə nəql edir...

Keçmiş hərbçi olan Fərid İbrahimov evinin girişində də dövlət bayrağımızı və qardaş ölkə Türkiyənin bayrağını asıb. Deyir ki, hər sabah hər iki bayrağı öpməsə gününü uğurlu hesab etməz. Onunla birgə Qazaxa gedən Elvin adlı dostu da vətən sevdalısıdır. Elə Fəridin divara çıxdığı anı da o mobil telefon vasitəsi ilə qeydə alıb və sosial şəbəkələrdə paylaşıb.

Sosial şəbəkənin gündəmini zəbt edən Fərid əslində bu addımı hər yerdə atdığını deyir.