Üz dərinizi cavanlaşdıracaq maskalar


Digərləri 22 Avq 2018 22:55:00 273 0

Üz dərinizi cavanlaşdıracaq maskalar

Soyuq havalarda üz dərisi daha çox qulluq tələb edir. Bunun üçün hər dəqiqə kosmetoloq yanına getməyə vaxt olmur.

Son.az axşam.az-a istinadən evdə asanlıqla hazırlaya biləcəyiniz maskalar təqdim edir:

Ağardıcı düyü maskası

Düyü unu

Süd

Hazır düyü ununda qatqılar olduğu üçün bunu evdə hazırlamağa çalışın. Düyünü əzib, un halına gətirin. Onu südlə qarışdırıb, kremə bənzəyən qarışıq əldə edin. Daha sonra üzünüzə sürtün. 15-20 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.