Saç tökülməsinin qarşısını alan qidalar


Digərləri 22 Avq 2018 21:59:00 225 0

Saç tökülməsinin qarşısını alan qidalar

Gündəlik 50-200 arası saç telinizin tökülməsi normaldır. Ancaq bundan çox tökülmə səhhətinizdə problem olduğunu göstərir. Saç tökülməsinin qarşısını alan bir çox şampunlar, kosmetik vasitələr var. Bəs bunlar yetərlidirmi?

Son.az axşam.az-a istinadən bildirir ki, saçların sağlamlığı üçün düzgün qidalanma vacibdir.

Özəlliklə protein və dəmirlə zəngin olan ərzaqlar sağlam saçlara sahib olmağınıza kömək edir. Saçlarınızın sağlam olması üçün lazım olan ərzaqların siyahısını təqdim edirik:

Qırmızı ət

Dəmirlə zəngin olduğu üçün sağlam saçlara sahib olmaq istəyirsinizsə, həftədə müəyyən qədər qırmızı ət istifadə edin.

Süd və süd məhsulları

Tərkibində B1, B2, B12 və D vitaminləri var. Bu məhsullar saç problemi ilə yanaşı başqa bir neçə xəstəliyin də qarşısını alır.