Kişilərin dəhşətli bəlası


Digərləri 22 Avq 2018 21:40:00 289 0

Kişilərin dəhşətli bəlası

Hal-hazırda prostat vəzi şişindən dünyasını dəyişən kişilərin sayı ağciyər xərçəngindən sonra ikinci yerdədir. Prostat vəzi ifrazedici vəzi ünsürlərindən, əzələ liflərindən və birləşdirici toxumadan ibarətdir. O orqanizmdə qoruyucu funksiyanı yerinə yetirib, hormonların miqdarını daim qaydada saxlayır. Prostat vəzinin şişi də bu hormondan asılıdır. O, gedişatına görə, iki hissəyə bölünür: yavaş və bədxassəli. Bəzən şiş yavaş-yavaş inkişaf edir. Bu halda o uzun illər özünü büruzə vermir. Bəzənsə şiş tez metastaz verir. Belə şişin digər orqanlara yayılma təhlükəsi də yüksəkdir.

Son.az axşam.az-a istinadən bildirir ki, xəstəliyin məkanı: sidik kisəsi, prostat vəzi, çanaq.

Prostat vəzi haqqında ilk məlumatlar hələ bizim eradan 350 il əvvəl Herofil tərəfindən verilib. Həmin dövrdə kişilər bu xəstəlikdən çox əziyyət çəksələr də, ölənlərin sayı günü-gündən artsa da bunun əlacı tapılmayıb. Elə buna görə də mütəxəssislər xəstəlik haqqında araşdırma aparmayıblar. Uzun müddət səbəbləri sirr qalan prostat vəzi şişi XVII əsrdə həkim Nikolay Massa tərəfindən öyrənilib. XX əsrin əvvəllərində bu xəstəliyin müalicəsi ilə bağlı məlumatlar aşkarlanıb.

Əgər səndə Qarnın aşağısında ağrılar, sidiyə gedərkən narahatlıq, göynərti, sidikdə qan varsa, çanaq, bud, onurğa, sinə nahiyəsində ağrılar olursa, sümüklərin sızıldayırsa, demək sən, prostat vəzi şişindən əziyyət çəkirsən. Xəstəlik zamanı qəfil arıqlama, zəiflik, dərinin ağarması kimi hallar da müşahidə edilir. Xəstəliyə düçar olan insanlar daim yorğun olurlar, hərarətləri yerli-yersiz qalxır.  

Səbəb nədir?

Bu xəstəliyin yaranma səbəbləri hələ də tam öyrənilməyib. İlkin mülahizələrə görə şişin yaranma səbəbi hormonal dəyişikliklər, kişi cinsi hormonunun - testosteronun səviyyəsinin yüksəlməsi ilə bağlıdır. Xəstəliyin yaranma səbəbləri arasında yaş həddinin də rolu böyükdür. Bu xəstəliyə daha çox 45 yaşdan sonra olan kişilərdə rast gəlinir. Böyrəklərdə daş olması da prostat vəzi şişinə gətirib çıxarır. Cinsi əlaqədə az və ya həddindən çox olmaq, xroniki, zöhrəvi və uroloji xəstəliklər də prostat vəzi şişinə gətirib çıxaran amillərdəndir.