Bakıda qurbanlar kəsilir, bayram qeyd olunur VİDEO


Digərləri 22 Avq 2018 21:25:00 273 0

Bakıda qurbanlar kəsilir, bayram qeyd olunur  VİDEO

Bayram namazından sonra insanlar qurbanlarını kəsməyə başlayıblar. İnsanlar qurbanlıq satışı məntəqələrinə üz tutublar və qurbanlıqlarını alıblar.

Bakıda əsl bayram ab-havası yaşanır. Qurban yarmarkalarında sözün əsl mənasında insan izdihamı yaşanıb. Görüntülər Nərimanov rayonu Təbriz küçəsi, 1 ünvanında yerləşən qurbanlıq heyvanların kəsimi və satışı məntəqəsindədir.

Müsəlmanların müqəddəs bayramlarından olan qurban bayramı ilə əlaqədər insanlar səhərin erkən saatlarından kəsim məntəqələrinə üz tutublar.

Qurbanlar alınaraq elə yerindəcə kəsilib.

Kəsim və satış qaydalarına riayyət etmək üçün adiyyatı qurumun nümayəndələri nəzarət edir.