Ərəb qadınlar niyə ana olmaq istəmirlər?
Digərləri 22 Avq 2018 21:15:00 271 0
Son.az oxu.az-a istinadən bildirir ki, ərəb dünyasında qadınların uşaq dünyaya gətirməmək istəklərini etiraf etmələri qadağandır. Ancaq son vaxtlar onlar həyatda əsas məqsədlərinin ana olduğunu deyən dünyəvi müdrikliyə qarşı çıxırlar.
Mən onlarla ərəb qadınla söhbət etdim və onlardan niyə uşaq dünyaya gətirmək istəməmələrini aydınlaşdırmağı xahiş etdim.
"Bugünkü reallığı nəzərə alaraq, uşaq dünyaya gətirmək eqoistlikdir"
"Uşaq dünyaya gətirmək istəmirəm. Çünki Yəmən və digər ərəb ölkələri bütün uşaqlar üçün əsas insan hüquqlarına zəmanət vermir. Bugünkü reallığı nəzərə alaraq, uşaq dünyaya gətirmək eqoistlikdir. Və eyni zamanda, ölkə əhalisinin inanılmaz sürətdə artdığı dövrdə bizim həyat resurslarımız azalır. Ona görə də, əgər belə davam etsə, dünyada yemək resursları azalacaq.
- Marva, 26 yaş, arxitektor
"Oğlum və ya qızım onları niyə dünyaya gətirdiyimi soruşanda, övladlarımızın gözlərinə baxa biləcəyimə şübhə edirəm"
"Nəyə görə övladımı Misirdə böyütməliyəm?! Burada zərərli qidalar verilir, çirkli su içilir, hava da həddindən artıq çirklənib.
Bundan başqa, övladım layiqli insan kimi böyüsə, böhtan atılaraq, asanlıqla həbsxanaya düşəcək. Əgər bu baş versə, oğlum və ya qızım onları niyə dünyaya gətirdiyimi soruşanda, övladlarımızın gözlərinə baxa biləcəyimə şübhə edirəm".
- İsra, 27 yaşı, müəllim
"Övlad istəmirəm, çünki onların verdiyi sualların 70 faizini cavablandıra bilməyəcəyəm"
"Əlbəttə, övlad sahibi olmaq gözəldir. Ancaq övlad istəmirəm, çünki onların verdiyi sualların 70 faizini cavablandıra bilməyəcəyəm. Misal üçün, onlar fəlsəfə və din məsələləri ilə bağlı sual verdikdə, necə cavablandıracağam? Onlar mənə inanırlar və hesab edirlər ki, bütün sualların düzgün cavabını bilirəm. Ancaq bununla bağlı, ümumiyyətlə, heç nə bilmədiyimi etiraf etməliyəm?