Dərimizdəki 10 əlamət bizə sağlam və ya xəstə olduğumuzu deyir


Digərləri 22 Avq 2018 20:46:00 318 0

Dərimizdəki 10 əlamət bizə sağlam və ya xəstə olduğumuzu deyir

Son.az fizulihuseynov.com-a istinadən bildirir ki, dərimiz bizim güzgümüzdür - desək yanılmarıq məncə, qarşımızdakı insanın dərisinə baxıb sağlamlığı haqqında yetərincə məlumatlanmaq olar.

Aşağıda yazılan yazıda dəri rənginin dəyişməsi dəridəki səpgilər, hansı vitamin və mineral çatışmazlığının dərimizə təsiri və sairələrin bizim sağlamlığımıza necə təsir etdiyini görəcəksiniz.

1. Dəri solğunluğu, quruluğu: Əgər dərinizdə solğunluq, quruluq, tük tökülməsi əlamətləri varsa heç bir təlaşa düşməzdən əvvəl gündə 2-3 litr çiy su içməyə başlayın. Bunu 2-3 həftə etdikdən sonra dəri əlamətlərinə baxın, əgər keçməsə qandan analiz verərək qanda qalxanabənzər vəz hormonlarını yoxlatdırın. Qalxanabənzər vəzin zəif işləməsi, qanda yodun çatışmazlığı varsa saydığım dəri əlamətləri tez yorulma, əsəbilik və ürəkdöyünmələrdə olmalıdır. Analizdə vəzin çatışmazlığı yəni hipoterioz varsa 500 qram qurudulmuş yaşıl qozu üyüdüb toz formasına salın, üstünə 1.5 kq bal qarışdırıb məcun hazırlayın, məcundan gündə 2 dəfə yeməkdən 1 saat əvvəl 1 çay qaşığı yeyin. Hər 3 aydan bir qalxanabənzər vəzin hormonlarını yoxlatdırın. Əgər dəri quruluğu varsa və qalxanabənzər vəzidə bir problem yoxdursa, onda belə edin - 2 ay səhər ac qarına 1 stəkan kök şirəsi, axşam ac qarına 1 stəkan balqabaq şirəsi için.

2. Əgər saçlarınız sürətlə ağarmağa başladısa: 2 stəkan suyun üstünə 1 stəkan buğda tökün, 12 saatdan sonra süzüb suyunu hər 6 saatdan bir için, 1 stəkan buğdanın üstünə 5 dəfə hər dəfə 2 stəkan su tökdükdən sonra buğdanı atıb yenisini hazırlayın, bunu 2 ay edə bilərsiniz, Buğda suyunun dadı xoşunuza gəlməsə hər bir stəkan buğda suyunun üstünə 1 xörək qaşığı limon şirəsi, 1 çay qaşığı bal qarışdırıb içə bilərsiniz. Turp çox yemək saç ağarmasının qarşısını alır.

3. Əgər göz altında şişkinlik və rəng dəyişməsi varsa: Gündə 3 dəfə 1 çay qaşığı ud hindi tozunu 1 stəkan qaynar suya qarışdırıb ilıq olanda 1 çay qaşığı bal qarışdırıb için, bunu 2 ay edin. Xatırladım ki, gözaltı şişkinlik və rəngin dəyişməsi böyrək, qaraciyər və ürək xəstəlikləri zaman ola bilir. Ud hindi saydığım bütün orqanlara müsbət təsir edir.

4. Əgər dərinizdə çibanlar çox çıxarsa: Hicama etdirin, hicama dəri sağlamlığı üçün mükəmməl bir çarədir. Hicama nəinki dəri çibanlarına, eyni zamanda dəridəki sızanaqlar, səpgilər varsa faydalı bir müalicə vasitəsidir.

5. Sifətdəki sızanaqlar və göbələk xəstəliyi: Əgər sifətinizdə, kürəyinizdə sizi narahat edən sızanaqlar tez-tez çıxırsa dərinizdə əl və ayaq barmaqlarınızda göbələk varsa, ayaq baldırlarında, paça arasında qaşınmalardan əziyyət çəkirsinizsə alma sirkəsindən istifadə edin. Alma sirkəsinin təbii olması vacib şərtdir. Alma sirkəsini pambıqla gündə iki, üç dəfə dərinizə vura bilərsiniz.