İri Qazaxıstan bankının Azərbaycan bazarına çıxmaq planı var


Digərləri 22 Avq 2018 19:44:00 265 0

İri Qazaxıstan bankının Azərbaycan bazarına çıxmaq planı var

Qazaxıstanın "Avrasiya" Bankı Azərbaycan bazarına çıxmağa maraq göstərir.

Son.az bildirir ki, bunu Trend-ə müsahibəsində bankın İdarə heyətinin sədri Pavel Loginov deyib.

P.Loginovun sözlərinə görə, eyni zamanda, bank üçün hazırda prioritet Qazaxıstan bazarında inkişaf və sağlamlaşdırma proqramı çərçivəsində şərtlərin tezliklə icra olunmasıdır:

"Ötən il biz yeni inkişaf strategiyası qəbul etdik və əsas diqqəti pərakəndə biznesə yönəltdik. Biz bu istiqamətin inkişafında böyük potensial görürük, ona görə də ölkə daxilində yeni modeli işə salmaq istəyirik. Bundan sonra yeni bazarları fəth etməyə yönələ bilərik".