Türkiyədə fantastik bahalaşma:


Dünya 22 Avq 2018 18:59:00 239 0

Türkiyədə fantastik bahalaşma:

Türkiyədə 3 gün Qurban bayramı tətilinə görə kurort bölgələrdə fantastik bahalaşma müşahidə olunur.

Son.az axar.az-a istinadən bildirir ki, bayramla əlaqədar Antalya və Bodrumda qiymətlər qalxıb.

Bayram günlərində turist axının artması otellərin, restoranların bahalaşmasına səbəb olub. Hətta bəzi yerlərdə sadə bir fincan çay 18 türk lirəsidir. Hazırkı məzənnəyə görə 18 lirə 5 manat edir. Antalyada şəhərdə gəzinti zamanı kafelərdən birində oturub nahar etmək istəsəniz, lahmacun 39 lirə, dönər 20 lirədir.