Kürdə batdığı ehtimal olunan şəxs axtarılır


Digərləri 22 Avq 2018 18:20:39 205 0

Kürdə batdığı ehtimal olunan şəxs axtarılır

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Bakı. Kürdə batdığı ehtimal olunan şəxs axtarılır. Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batdığı ehtimal olunur.