Miqreni tutanların diqqətinə:


Digərləri 22 Avq 2018 18:09:00 243 0

Miqreni tutanların diqqətinə:

Ural dövlət tibb universitetinin, Kopenhagen universitetinin alimləri tranzitor işemik həmlə ilə auralı miqrenin əlaqəli olduğunu sübut edən elmi araşdırma aparıb. 

Son.az Medicina-ya istinadən xəbər verir ki, tranzitor işemik ataka - onurğa və başda qan dövranının kəskin pozulmasıdır ki, nəticədə toxumaların infakrtı baş vermir, amma insultda olduğu kimi bir çox simptomlar - bədənin bir hissəsində hissiyatın itməsi, nitq, yaddaş pozuntusu baş verir - bu hal 1-2 sutkaya keçib gedir. TİA ilə real insultu ayırd etmək üçün xəstəyə MRT təyin olunur.

Hələ ki, tranzitor işemik atakın əvvəlcədən hansı simptomlarla başladığı təyin olunmayıb. Amma bu elmi araşdırmada müəlliflər 2014-2016-cı illərdə 120 nəfər TİA keçirmiş pasiyenti 1 il ərzində izləmişlər. Onlardan TİA-dan öncəki ildə səhhətlərində nə hiss etdiklərini araşdırıb öyrəniblər.

Məlum olub ki, tranzitor işemik atak keçirən xəstələr il ərzində auralı miqrne ağrılarından 30% daha çox əziyyət çəkiblər. TİA baş verməzdən əvvəlki həftədə isə hər gün başları ağrıyıb.