Rusiyanın nüvə mühərrikli raketi Barents dənizinə düşüb,


Dünya 22 Avq 2018 17:34:00 300 0

Rusiyanın nüvə mühərrikli raketi Barents dənizinə düşüb,

Rusiya 2017-ci ildə nüvə mühərrikli və qeyri-məhdud uçuş radiusuna malik raketin dörd sınağını keçirib. Lakin onların hamısı uğursuz olub.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə CNBS telekanalı məlumat yayıb.

Telekanalın xəbərinə görə sınaqlardan biri ötən ilin noyabrında keçirilib və raket Barents dənizinə düşüb. Hazırda Rusiya dənizin dibindən raketi çıxarmaq üçün hazırlıqlar görür. "Bu əməliyyata üç Rusiya gəmisi cəlb olunub, onlardan biri radioaktiv maddələrlə işləmək üçün avadanlıqlarla təchiz edilib"-CNBS telekanalının internet-portalı kəşfiyyat hesabatından sitat gətirir.