Ekspert: "Bakının daşınmaz əmlak bazarında aktivlik artıb"


İqtisadiyyat 22 Avq 2018 15:27:31 384 0

Ekspert: "Bakının daşınmaz əmlak bazarında aktivlik artıb"

Buna səbəb Azərbaycan manatının məzənnəsinin sabitləşməsidir

"Azərbaycanda manatın məzənnəsinin sabitləşməsi, insanların yığdıqları pulları yenidən daşınmaz əmlak bazarına qoyması bu bazarda aktivliyi artırıb".

Bunu "Report"a açıqlamasında MBA konsaltinq və qiymətləndirmə şirkətinin prezidenti, daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, təkcə bu ilin avqust ayında Bakının müxtəlif rayonlarında satılmış əmlakların sayı iyul ayı ilə müqayisədə3-8% çox olub. Qiymətlərdə isə aylıq müqayisədə2-3% artım var.