Göyçayda bank hesablarından pul oğurlayan şəxslər saxlanılıb


Digərləri 22 Avq 2018 15:29:00 252 0

Göyçayda bank hesablarından pul oğurlayan şəxslər saxlanılıb

Göyçay rayon sakini olan bir nəfərin bankomat kartından pul çıxararaq oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Bakı. Göyçay rayon sakini olan bir nəfərin bankomat kartından pul çıxararaq oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Göyçay rayon sakini olan bir nəfərin bankomat kartından 91 manat pul çıxararaq oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Valeh Xəlilov, əvvəllər məhkum olunmuşlar Ruslan Qasımov və Həriman Rəhimov avqustun 20-də polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.