Qurbanlıq vətəndaşa neçəyə başa gəlir?


Digərləri 22 Avq 2018 14:38:00 275 0

Qurbanlıq vətəndaşa neçəyə başa gəlir?

Bu gün Azərbaycanda islam aləminin ən böyük bayramlarından olan Qurban bayramı keçirilir. 

Qeyd edək ki, mərasim bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən, üç gün davam edir. Bayramda niyyəti olanlar adəti üzrə qoyun, qoç, inək, dana və ya dəvə kəsərək qohumlara, qonşulara, ehtiyaclı insanlara paylayırlar. 

Bəs bu Bayram qurbanlıqlar vətəndaşa neçəyə başa gəlir? 

Son.az məsələ ilə bağlı Oxu.az-ın reportajını təqdim edir: 

İlk olaraq Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə keçirilən yarmarkalarda qiymətlərlə maraqlandıq. 

Yasamal rayonu Şərifzadə küçəsi 196, "İdeal" şadlıq sarayının həyətində keçirilən yarmarkada satıcılarla söhbət zamanı öyrəndik ki, qiymətlər 150 manatdan başlayır 300 manata qədər yüksəlir: 

"Qiymətlər heyvanın çəkisindən asılıdır. Heyvanın diri çəkidə kilosu 5.5 - 6 manat təşkil edir".  O da məlum oldu ki, bu il qurbanlıqlar daha iridi. Bu səbəbdən də alıcılar qiymətlərin baha olduğunu düşünürlər: 

"Alıcı azdır. Alanlar ya az çəkidə heyvan alır, ya da heyvanı kəsdirib alırlar. İkinci halda heyvanın ətinin kilosu 11-12 manatdan başa gəlir".

Nəzərə çatdıraq ki, qurbanlıqlar təkcə yarmarkalarda deyil, bəzi ərazilərdə yol kənarlarında da satılır. Bu bazarlarda heyvanın diri çəkidə kilosu 10 manat təşkil edir. Satıcıların sözlərinə görə, heyvanları əsasən Aran rayonlarından və Gürcüstandan gətiriblər: