Şirvan dəmir yolu stansiyasından


Digərləri 22 Avq 2018 14:24:00 230 0

Şirvan dəmir yolu stansiyasından

Şirvan dəmir yolu stansiyasının ərazisindən 25 ton rels oğurlanıb.

Son.az Trend-ə istinadən bildirir ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 21-də Şirvan dəmir yolu stansiyasının ərazisindən 25 ton relsi oğurlayıb apararkən İmişli rayon sakini Elvin Abbasov və Neftçala rayon sakini Bəhruz Zeynalov saxlanılıblar.