Ötən gün axtarışda olan 33 nəfər saxlanılıb


Digərləri 22 Avq 2018 14:14:00 212 0

Ötən gün axtarışda olan 33 nəfər saxlanılıb

Avqustun 21-də Azərbaycanın daxili işlər orqanları tərəfindən gün ərzində 127 cinayət faktı qeydə alınıb, onların da 27-si "isti izlər"lə açılıb.

Son.az Trend-ə istinadən bildirir ki, əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.