Bekhemə prezident mükafatı veriləcək


İdman 22 Avq 2018 14:20:00 226 0

Bekhemə prezident mükafatı veriləcək

UEFA İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Devid Bekhemi prezident mükafatı ilə təltif edəcək. 

Goal.az-ın məlumatına görə, bu haqda qitə futbol qurumunun prezidenti Aleksey Çeferin açıqlama verib:“Biz prezident mükafatını böyük uğurlar qazanmış, peşəkarlıq nümayiş etdilənlərə təqdim edirik. Bu il mən qalib qismində Devid Bekhemi seçdim. O, futbolun rəsmi səfiridir, bu oyunu və onun dəyərini dünyanın hər küncündə inkişaf etdirir. Eləcə də, Bekhemin humanitar fəaliyyətini də unutmaq olmaz. O, dünyadakı bir çox uşağa kömək edib. Bekhem öz dövrünün futbol rəmzlərindən biridir”.