Arktikanın ən qalın buz təbəqəsi əriyir


Dünya 22 Avq 2018 14:01:00 317 0

Arktikanın ən qalın buz təbəqəsi əriyir

Qrenlandiyanın şimalında yerləşən Arktikanın dənizdəki ən qalın buz təbəqəsində növbəti sınma müşahidə edilib.

Son.az Qaynarinfo-ya istinadən xəbər verir ki, əriməmiş sonuncu buz təbəqəsi olan ərazidə belə proseslərin baş verməsi alimlərin həyəcan təbili çalmasına səbəb olub. Qütb ayıları və suitiləri üçün böyük təhlükə mövcuddur. Buz təbəqəsindəki qopma bu il ərzində artıq 2 dəfə baş verib.