"Söz tapmıram deməyə..."


Şou-biznes 22 Avq 2018 13:48:00 259 0

"Söz tapmıram deməyə..."

Əməkdar artist Abbas Bağırov İnstaqram səhifəsində canlı yayıma girib və izləyicilərin suallarını cavablandırıb. 

Son.az axşam.az-a istinadən bildirir ki, müğənni yeni mahnı oxumamasının səbəbini açıqlayıb. O bildirib ki, mahnılarına baxış sayı az olur:

"Hamı yeni mahnı istəyir. Amma yeni mahnı oxuyub paylaşırsan ki, hamı dinləsin. O mahnıya baxış sayına baxanda adam çox təəssüflənir, heyfslənir. Təəssüflənirəm ki, hansı videolar, fotolar çoxsaylı baxış qazanır... Söz tapmıram deməyə... 

Heç vaxt oxuduğum bəstəkar mahnılarını bayağıya dəyişmərəm. O, çoxsaylı baxış toplayan mahnıların 1 ay ömrü var. Sevinirəm ki, oxuduğum bəstəkar mahnıları bugünə kimi dinlənilir".