Bakıda qurbanlıq heyvanların kəsiminə


Digərləri 22 Avq 2018 13:14:00 261 0

Bakıda qurbanlıq heyvanların kəsiminə

"Qida Təhlükəsizliyi Agentliyinin 70 baytar həkimi Bakıda qurbanlıq heyvanların kəsildiyi 33 məntəqəyə nəzarət edir". 

Son.az xəbər verir ki, bunu Report-a açıqlamasında Agentliyin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev deyib.

Onun sözlərinə görə, təmsil etdiyi qurumun əməkdaşları heyvanların ilkin müayinəsi üçün lazım olan bütün avadanlıqlar, eləcə də labarator maşınlarla təmin olunub: "Baytar həkimləri kəsimdən əvvəl heyvanları yoxlayıb, onların kəsim üçün uyğun olub-olmadığını müəyyən edirlər. Nöqsanlı hal aşkar edilərsə, heyvanlar kəsimdən uzaqlaşdırılır. Hələ ki, belə hala rast gəlinməyib".