Ötən gün axtarışda olan 33 nəfər saxlanılıb


Digərləri 22 Avq 2018 13:01:40 235 0

Ötən gün axtarışda olan 33 nəfər saxlanılıb

Azərbaycanın daxili işlər orqanları tərəfindən gün ərzində 127 cinayət faktı qeydə alınıb.

Bakı. Avqustun 21-də Azərbaycanın daxili işlər orqanları tərəfindən gün ərzində 127 cinayət faktı qeydə alınıb, onların da 27-si “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.