Baba onunla bayramlaşmadığı, əlini öpmədiyi üçün nəvəsini öldürdü,


Digərləri 22 Avq 2018 12:50:00 302 0

Baba onunla bayramlaşmadığı, əlini öpmədiyi üçün nəvəsini öldürdü,

Qurban bayramında nəvəsi tərəfindən təbrik edilməyən 80 yaşlı kişi odlu silahla onu qətlə yetirib.

Son.az xəbər verir ki, hadisə Türkiyənin Bolu -Göynük bölgəsində yaşanıb. 80 yaşlı Məmməd Biçeri qurban kəsimi zamanı mübahisə etdiyi 24 yaşlı nəvəsi Məsud Biçərə qəzəblənib. Səbəb isə nəvəsinin bayram günü onu təbrik edib əlini öpməməsi olub. Yaşlı kişi bayram namazından sonra həyətin ortasında toplaşan insanlardan və baş qarışıqlığından istifadə edərək otaqdan odlu silahını götürüb.

80 yaşlı kişi ov tüfəngilə əvvəlcə nəvəsi Məsud Biçeri vurub, onun öldüyündən əmin olduqdan sonra silahla öz başına atəş açaraq intihar edib.