Almaniya ümidini Azərbaycan qazına bağlayıb


Digərləri 22 Avq 2018 12:38:00 262 0

Almaniya ümidini Azərbaycan qazına bağlayıb

Almaniya hökuməti Türkiyə vasitəsilə Avropaya alternativ qaz kəmərlərinin tikintisini dəstəkləyir.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, bunu avqustun 21-də Almaniya hökumətinin nümayəndəsi bildirib. "Biz "Cənub qaz dəhlizi"nin daha da inkişaf etdirilməsində maraqlıyıq", - o deyib.

"Cənub qaz dəhlizi" üç qaz kəmərindən ibarətdir: Cənubi Qafqaz (Bakı - Tbilisi - Ərzurum), Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP).

Güman edildiyinə görə, Azərbaycanın "Şahdəniz-2" qaz yatağından təbii qaz Türkiyəyə çatdırılacaq, oradan isə onun bir hissəsi 800 kilometrlik TAP-dan keçərək, Türkiyə-Yunanıstan sərhədindən Yunanıstanın şimal hissəsini, Albaniyanı və Adriatik dənizini keçməklə İtaliya sahillərinə çatacaq. Gözlənilir ki, Azərbaycan qazının Avropaya illik 10 milyard kub metr olmaqla çatdırılması 2020-ci ildə başlanacaq.


Xəbərə aid foto