Şəhriyar Aronyanla sülhə razılaşdı


İdman 22 Avq 2018 12:08:00 294 0

Şəhriyar Aronyanla sülhə razılaşdı

ABŞ-ın Sent-Luis şəhərində keçirilən Singuefield Cup turnirinin IV turunda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ağ fiqurlarla ermənistanlı Levon Aronyanla qarşılaşıb.

Goal.az-ın məlumatına görə, oyun 24-cü gedişdən sonra heç-heçə ilə yekunlaşıb - 0,5:0,5. Bununla da Məmmədyarov xallarını 2,5-ə çatdırıb.

On şahmatçının mübarizə apardığı Sinquefield Cup 300 min dollar mükafat fonduna malikdir. Qalib 75 min dollar qazanacaq.