Dibala gələn yay Bayern Munich-ə keçə bilər


İdman 22 Avq 2018 11:22:00 410 0

Dibala gələn yay Bayern Munich-ə keçə bilər

Juventus argentinalı hücumçusu Paulo Dibala gələn yay Bayern Munich-in oyunçusu ola bilər.

Goal.az "Bild" nəşrinə istinadən xəbər verir ki, "münhenlilər" 24 yaşlı futbolçunun namizədliyinə müqavilə müddəti 2019-cu ildə bitəcək forvard Aryen Robbenə əvəz qismində baxırlar.

Bildirilir ki, Juventus Dibalanın keçidinə o halda baxa bilər ki, onun transfer qiyməti 100 milyon avrodan aşağı olmasın.

Dibala Juventus-a 2015-ci ildə transfer olunub. O, ötən mövsüm komandada keçirdiyi 33 matça 22 qol vurub və 5 məhsuldar ötürmə edib.