Hindistanda çoxmərtəbəli binada yanğın:


Dünya 22 Avq 2018 11:18:00 247 0

Hindistanda çoxmərtəbəli binada yanğın:

Bu gün səhər saatlarında Hindistanın iqtisadi paytaxtı olan Mumbay şəhərinin cənubunda çoxmərtəbəli binaların birində güclü yanğın baş verib.

Son.az Report-a istinadən bildirir ki, bu barədə şəhər polisinin nümayəndəsi bildirib.

Yanğın "Crystal Tower" çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində başlayıb.

Hazırda hadisə yerinə 14 yanğınsöndürmə briqadası cəlb edilib. Məlumata görə, 4 nəfəri xilas etmək mümkün olub, eyni zamanda 2 nəfər ölüb, 14 nəfər yaralanıb.

Polis nümayəndəsinin sözlərinə görə, binada hələ də azı 10 nəfər qalıb və onlar yanğın çıxışındakı pilləkənlərdə sıxışıb qalıblar.


Xəbərə aid fotolar