Roma-dan Cekoya yeni təklif


İdman 22 Avq 2018 11:00:00 257 0

Roma-dan Cekoya yeni təklif

Roma komandanın hücumçusu Edin Cekoya yeni müqavilə təklif edib.

Goal.az xəbər verir ki, yeni sazişə əsasən, 32 yaşlı bosniyalı futbolçu hazırkı müqavilədə nəzərdə tutulmuş 4 milyon avro əvəzinə 5 mln. avro əmək haqqı ala biləcək.

Cekonun hazırkı müqaviləsi 2020-ci ildə başa çatacaq.

O, Manchester City-dən Roma-ya 2015-ci ildə keçib. Ceko ötən mövsüm Roma-da keçirdiyi 36 oyuna 16 qol vurub, 4 məhsuldar ötürmə edib