Sabirabadda kartdan təqaüd pulunu oğurlayan şəxs tutulub


Digərləri 22 Avq 2018 10:56:00 292 0

Sabirabadda kartdan təqaüd pulunu oğurlayan şəxs tutulub

Sabirabadda kartdan təqaüd pulunu oğurlayan şəxs tutulub.

Bakı. Sabirabadda kartdan təqaüd pulunu oğurlayan şəxs tutulub. Avqustun 21-də Sabirabad rayon Ulacalı kəndinin sakini rayon Polis şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək bildirib ki, bir gün əvvəl rayon ərazisində yerləşən "Kapital Bank"a məxsus bankomatdan təqaüdünü almaq üçün ora yaxınlaşıb, tanımadığı şəxsdən kömək istəyib, lakin sonuncu onu aldadaraq kartda pul olmadığını deyərək kartı qaytarıb. Çox keçmədən hesabında olan 187 manatın çıxarıldığını, həmin şəxsin onu aldadaraq soyğunçuluq etdiyini anlayıb. RPŞ-nin əməkdaşlarının “isti izlər”lə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş 48 yaşlı İlqar Eminov saxlanılıb. Dindirilmə zamanı o, törətdiyi əməli eritaf edərək bildirib ki, kartda olan 187 manatı bankomatdan çıxararaq mənimsəyib.