Birinci vitseprezident Mehriban Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban payları çatdırılır


Digərləri 22 Avq 2018 10:27:00 269 0

Birinci vitseprezident Mehriban Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban payları çatdırılır

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban payları çatdırılır.

Son.az bildirir ki, Heydər Əliyev Fondundan Trend-ə verilən məlumata görə, layihə respublika üzrə ünvanlı sosial yardım alan bütün ailələri əhatə edir. Bu məqsədlə ətlik cins heyvanlar regionlardan gətirilərək xüsusi ət kəsimi müəssisələrində kəsilərək qablaşdırılıb. Qurban payları regionlar və Bakının rayonlarında ünvanlı sosial yardım alan 51.157 ailənin hər birinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə paylanılır, sakinlər bayram münasibətilə təbrik edilir.

Bayram sovqatlarının paylanılması avqustun 23-dək davam edəcək.


Xəbərə aid fotolar