Güclü zəlzələdən sonra 200 metrlik göydələn əyildi


Dünya 22 Avq 2018 10:17:00 403 0

Güclü zəlzələdən sonra 200 metrlik göydələn əyildi

Venesuelada baş verən güclü zəlzələ nəticəsində 200 metrlik göydələn əyilib.

Son.az Report-a istinadən bildirir ki, ölkənin daxili işlər naziri Nestor Luis Reverol paytaxt Karakasda David qülləsi kimi tanınan göydələnin son 5 mərtəbəsinin 25% əyildiyini bildirib.

"David qülləsi köhnə binadır. O, istənilən hərəkətdən çökə bilər", - Libertador bələdiyyəsinin mülki müdafiə rəisi Ernan Mateo söyləyib.

Xatırladaq ki, Venesuelanın Sukre ştatında güclü zəlzələ baş verib. Zəlzələnin maqnitudası 7,3, dərinliyi 113 kilometr olub.

Hələlik təbii fəlakət nəticəsində ölən və yaralananlar barədə məlumat verilməyib.