Amerikalıların əksəriyyəti hərbikosmik qüvvələrin yaradılması ideyasını dəstəkləyib


Dünya 22 Avq 2018 08:40:19 229 0

Amerikalıların əksəriyyəti hərbikosmik qüvvələrin yaradılması ideyasını dəstəkləyib

Amerikalıların əksəriyyəti ABŞ prezidenti Donald Trampın hərbi-kosmik qüvvələrin yaradılması ideyasını dəstəkləyib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "HarrisX" şirkətinin və "Hill" telekanalının birgə keçirdiyi sorğunun nəticələri göstərir.

Sorğunun nəticələrinə əsasən, sorğuda iştirak edənlərin təxminən 57 faizi hərbi-kosmik qüvvələrin yaradılmasını dəstəkləyib.

Eyni zamanda, respondentlərin 19 faizi ideyanı "çox dəstəklədiklərini", 38 faizi isə "müəyyən dərəcədə" dəstəklədiklərini bildiriblər.