Azərbaycan və Rusiya üç sahədə birgə müəssisələr yaratmağı planlaşdırır


Digərləri 22 Avq 2018 08:07:00 246 0

Azərbaycan və Rusiya üç sahədə birgə müəssisələr yaratmağı planlaşdırır

Yaxın zamanlarda Azərbaycan və Rusiya şirkətləri sənaye, əczaçılıq və tikinti sahələrində birgə müəssisələr yarada bilərlər.

Son.az bildirir ki, bunu Trend-ə müsahibəsində Rusiya-Azərbaycan İşgüzar Şurasının icraçı direktoru Yuri Danilov deyib.

Y.Danilov qeyd edib ki, artıq bu istiqamətdə layihələr var və bu layihələr yüksək hazırlıq mərhələsindədir.

İcraçı direktorun fikrincə, əməkdaşlıq və birgə müəssisələrin yaradılması üçün digər məqsədəuyğun sahələr metal emalı, neft maşınqayırması, kimya sənayesi, vaqonqayırma, tikinti materiallarının istehsalı və kənd təsərrüfatı məhsullarının təkrar emalıdır.

O vurğulayıb ki, bu gün Rusiya-Azərbaycan əməkdaşlığı yeni səviyyəyə yüksəlir və iki ölkənin biznes ictimaiyyəti sıx ticarət münasibətlərini inkişaf etdirməkdə maraqlıdır: