Dağıstanda ağır yol qəzası baş verib:


Dünya 22 Avq 2018 08:12:00 259 0

Dağıstanda ağır yol qəzası baş verib:

Dağıstanın Dərbənt rayonunda 3 minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, 3 avtomobilin toqquşması nəticəsində 3-ü uşaq olmaqla 7 nəfər həlak olub, 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

Məlumata əsasən, toqquşma 21:30 radələrində "Qafqaz" federal avtomobil yolunda baş verib. Toqquşmadan sonra avtomobillərdən biri alışıb.