Anasının iyrənərək 20 il əvvəl küçəyə atdığı qızın acı həyatı FOTO


Digərləri 22 Avq 2018 07:35:00 318 0

Anasının iyrənərək 20 il əvvəl küçəyə atdığı qızın acı həyatı  FOTO

Honq-Konqda tanış olan Roq və Tina bir müddət sonra ailə qurub.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, toy tanışlıqdan beş ay sonra baş tutub. Cütlük övlad sahibi olmaq istəsə də, hələ tələsmirdi. Roq və Tina Mui adlı kiçik bir qızla tanış olduqdan sonra həyatları dəyişib.

Muinin anası övladı digər uşaqlardan seçildiyi üçün onu küçəyə atıb. Roq və Tina isə onu çox sevdilər. Muidə nadir rast gəlinən bir xəstəlik var idi və həkimlər onun bir neçə gün yaşayacağını düşünürdülər. Roq və Tina isə onun gözəl bir uşaq həyatı yaşamağını istəyirdilər.

Cütlük Muinin 3 yaşı olanda onu övladlığa götürdülər. 2002-ci ildə Mui nadir rast gəlinən dəri xəstəliyi diaqnozu qoyuldu. Bu xəstəliyə yoluxan insanlarda dəri normal insan dərisinə nisbətən 14 dəfə sürətlə böyüyür. Bundan başqa bu tip insanların dərisi qaşınır, qırmızı rəngli olur və asanlıqla mikroba yoluxur. Xəstəliyə yoluxub yaşayan çox az insan var. Mui isə xəstəliyə baxmayaraq xoşbəxt uşaqlıq dövrü keçirir.

Amma məktəbə gedəndə kabuslu günləri başlayır. Sinif yoldaşları onu lağa qoyur, gülürlər. Məktəbi bitirdikdən sonra isə internet vasitəsilə onu lağa qoymağa başladılar.


Xəbərə aid fotolar