Kosmik səyahətlər üçün yaşayış kapsulu təqdim edilib


Digərləri 22 Avq 2018 07:14:00 262 0

Kosmik səyahətlər üçün yaşayış kapsulu təqdim edilib

ABŞ-ın "Lockheed Martin" hərbi sənaye korporasiyası kosmik ekspedisiyalar üçün yaşayış kapsulunun prototipini təqdim edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Lockheed Martin" kosmosda yaşayış şəraitinin yaradılması üçün ABŞ Kosmik Agentliyi (NASA) tərəfindən maliyyələşdirilən 6 şirkətdən biridir. Texnologiyanın əsası üçün mühəndislər tərəfindən əvvəllər Beynəlxalq Kosmik Stansiyasına yüklərin daşınması üçün nəzərdə tutulan kosmik gəminin yenilənmiş modulu götürülüb. Eni 4,5 metr, uzunluğu 7 metr təşkil edən kapsulda 30-60 gün ərzində 4 astronavt qala biləcək. Həmçinin daxildə elmi avadanlıq, həyat təminatı sistemləri, yatmaq üçün yerlər, trenajorlar və robotlaşdırılmış iş qurğuları quraşdırılıb.

Tədqiqatçılar qrupu kapsulların daxili quruluşunu vizuallaşdırmağa kömək edən və planlaşdırma səhvlərini ilkin mərhələdə aşkarlayaraq aradan qaldırmağa imkan verən əlavə reallıq qarniturlarından istifadə edib.