Süni intellekt əsasında səsin tanınması sistemi istifadəyə veriləcək


Digərləri 22 Avq 2018 05:30:00 308 0

Süni intellekt əsasında səsin tanınması sistemi istifadəyə veriləcək

Çinin "Alibaba" internet şirkəti süni intellekt texnologiyalarına əsaslanan səsin tanınması sisteminin sınaqlarına başlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yeni xidmət qadağan edilmiş kontenti (həmçinin pornoqrafik xarakterli) izləmək və müəyyənləşdirmək qabiliyyətinə malikdir. Sistem səsli mesajı skriptə çevirir və sonuncu açar sözlərlə müqayisə olunur.

Tərtibatçının sözlərinə görə, sistem həm online, həm də offline rejimdə işləyir.