Azərbaycan neftinin qiymətləri müxtəlif istiqamətlərdə dəyişib


Digərləri 21 Avq 2018 23:31:00 248 0

Azərbaycan neftinin qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin avqustun 20-də 73,43 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,02 dollar/barel azdır.

Son.az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 20-də 72,67 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətə bərabərdir.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 20-də 69,47 dollar/barel təşkil edib ki, əvvəlki qiymətdən 0,29 dollar/barel çoxdur.