Türkiyədə qurban kəsimi: yaralı qəssablar xəstəxanalara axın edir FOTO


Digərləri 21 Avq 2018 23:06:00 357 0

Türkiyədə qurban kəsimi: yaralı qəssablar xəstəxanalara axın edir  FOTO

Türkiyə xəstəxanaları Qurban bayramında heyvan kəsərkən özlərini yaralayan qəssablarla dolub.

Son.az virtualaz.org-a istinadən bildirir ki, eyni vəziyyət İstanbul, Kayseri, Samsun, Malatya, Bursa və digər bölgələrdə müşahidə olunur.

Okmeydanı Egitim ve Araşdırma Xəstəxanasına eyni problemlə 17 qəssab müraciət edib. Onlar qurban kəsərkən müxtəlif xəsarətlər alıblar. Yaralılardan biri 6 ildir qəssab işlədiyini, qurbanlıq heyvanı kəsərkən qolundan yaralandığını bildirib. 50-60 müştərisi olduğunu deyən qəssabın sözlərinə görə, 8-ci heyvanı kəsərkən yaralanıb və bununla da bayramda götürəcəyi qazancdan məhrum olub. Eyni xəstəxanaya gələn digər bir qəssab isə kəsdiyi qurbanın altında qalaraq yaralanıb.

Kayseri xəstəxanalarında yaralılar çox olduğundan vəziyyəti nisbətən yaxşı olanlar ilkin yardımdan sonra evə buraxılıblar.


Xəbərə aid fotolar