Gürcüstanda Gülən universitetinə qarşı


Dünya 21 Avq 2018 23:08:00 296 0

Gürcüstanda Gülən universitetinə qarşı

Gürcüstanın Təhsil Nazirliyi Beynəlxalq Qara dəniz Universitetinə (Uluslararası Karadeniz Üniversitesitesi) bir il boyunca tələbə qəbulunu qadağan edib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, buna səbəb kimi universitetin borclarını ödəməməsi göstərilib.

Nazirliyin nümayəndəsi Tamar Sanikidze bildirib ki, universitetin dövlətə 715 min lari borcu yığılıb: "Universitetin əmlakı tamamən müsadirə edilib. Rəhbərlik borcları ödəməkdən boyun qaçırır".