İntihar edən insanın Allah yanında günahı nə qədər ağırdır?


Digərləri 21 Avq 2018 22:50:00 318 0

İntihar edən insanın Allah yanında günahı nə qədər ağırdır?

İmam Baqir (ə) buyurur: "Mömin mümkündür ki, hər bəlaya düçar olsun və hər növ ölümlə ölsün, ancaq intihar etməz".

İmam Sadiq (ə) buyurur: "O kəs ki, bilərəkdən intihar edər, o, həmişə cəhənnəm atəşində olacaqdır".

Əbu Səyid Xədəri nəql edir: "Müharibələrin birində Peyğəmbərin (s) kənarında idim və iş bölgüsü edirdik. Dostlarımızın arasında bir nəfər var idi ki, üç nəfərin işini yerinə yetirirdi. Yəni, həm odun toplayırdı, həm su gətirirdi, həm də yemək bişirirdi. Bu insanın fədakarlığı haqqında Peyğəmbərə (s) xəbər verirlər. Həzrət (s) buyurur ki, əslində həmin şəxs - cəhənnəm əhlindəndir. Çox təəccüb etdik.

Son.az deyerler.org-a istinadən bildirir ki, amma o zaman ki, müharibə başladı, həmin şəxs yaralandı. Yarasının şiddətli ağrısına görə bir nizə götürdü və özünü öldürdü.

Peyğəmbərimiz (s) buyurdu: "Şəhadət verirəm ki, mən Allahın rəsulu və Onun bəndəsiyəm"".