Qiyamət belə başlayacaq


Digərləri 21 Avq 2018 22:20:00 226 0

Qiyamət belə başlayacaq

Qəbrin savab və əzabı o zamana qədər davam edər ki, böyük Qiyamət bərpa olar. Yer üzündə qəribə bir hadisə baş verəcəkdir. Yer və göy titrəməyə başlayacaqdır. Bütün canlılar məhv olacaq, varlıq aləminin nizamı dəyişəcəkdir.

Son.az deyerler.org-a istinadən bildirir ki, bir müddətdən sonra isə, Qiyamət bərpa olmamışdan əvvəl bu inqilabdan da qəribə bir inqilab baş verəcəkdir. Bütün canlılar Allah dərgahında hazır olacaqlar.

Bu iki böyük hadisə Allahın yaxın mələklərindən olan İsrafil (ə) tərəfindən icra ediləcəkdir. Birinci hadisə zamanı dünya məhv olacaqdır. Ancaq ikinci hadisə zamanı isə insanlar qəbirlərindən çıxacaqlar. Bu barədə gələn ayələrə nəzər salaq:

"Biz Qiyamət günündən qabaq hər bir (azğın) cəmiyyəti (öz cari qayda-qanunlarımıza uyğun olaraq, ümumi bir ölümlə) həlak edəcək və ya şiddətli bir əzaba (qıtlığa, vəbaya və digər xəstəliklərə) düçar edəcəyik. [Və ya: Qiyamət günündən qabaq müqəddimə olaraq hər bir cəmiyyətin yaxşılarını adi ölümlə və pislərini şiddətli bir əzabla həlak edəcəyik ki, yer üzündə heç kəs qalmasın.] (Bizim) bu (üsulumuz əzəli elmə əsasən Lövhi-Məhfuz) kitab(ın)da yazılmışdır". ("İsra" 58).

"Bunun (yerin) üzərində (insan və cinlərdən) olan hər bir kəs fənaya məhkumdur. Yalnız əzəmət, böyüklük, üstünlük, kərəm, camal və mərhəmət sahibi olan Rəbbinin zatı qalacaqdır". ("Rəhman" 26-27).

"Hər bir canlı ölümü dadacaqdır. Sonra isə Bizim hüzurumuza (Bizim Bərzəx aləmimizə, Bizim Qiyamət səhnəmizə, Bizim Cənnətimizə və Cəhənnəmimizə) qaytarılacaqsınız!" ("Ənkəbut" 57).

"(Yada sal) o günü ki, (ilk dəfə) Sur çalınar. Allahın istədiklərindən başqa (məsələn ilk dəfə ölümü dadan ruhlar kimi) göylərdə və yerdə olanların (canlıların) hamısı vəhşətə düşər (və ölərlər). Və Surun (ikinci dəfə) çalınacağı gün Allahın (məhşər dəhşətindən amanda qalmalarını) istədiyi kəslərdən savayı göylərdə və yerdə olanların hamısı (dirilərək) vəhşətə düşər. Dirilənlərin hamısı (Surun üçüncü dəfə çalınması ilə) müti və zəlil bir vəziyyətdə (hesab-kitab üçün) Ona (tərəf) gələrlər." ("Nəml" 87).

"Siz ondan (dünyaya gəlib yaşadıqdan) sonra mütləq öləcəksiniz.Daha sonra siz şübhəsiz, Qiyamət günü (özünüzün torpaqdan başlayıb belləri, bətnləri, dünyanı və Bərzəx aləmini keçmiş hərəkətinizi kamala çatdırmaq üçün qəbirlərdən) qaldırılacaqsınız". ("Muminun" 15-16).