Məktəbli geyimləri ilə bağlı hansı dəyişiklik edilib –


Digərləri 21 Avq 2018 22:02:00 349 0

Məktəbli geyimləri ilə bağlı hansı dəyişiklik edilib –

Qarşıdan yeni tədris ili gəlir. Hər il olduğu kimi bu il də şagirdlər məktəbli formasını "Bakı Tikiş Evi" (BTE) ASC-nin mağazalarından əldə edə biləcəklər.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, BTE-nin satış şöbəsinin rəisi Etibar Əzimov deyib ki, məktəbli formalarının qiymətləri aşağı və yuxarı sinif şagirdləri üçün fərlidir. Belə ki, əvvəlki illərdən fərqli olaraq bu il, aşağı sinif şagirdlərinə jiletlər satılmayacaq: "Bizim fəaliyyətimiz tikişlə bağlıdır. Jiletlər isə bizə Bakı Əyirici -Toxuyucu ASC-dən verilirdi. Bu il onlar bizə kiçik ölçülü jiletlər verməyib. Böyük ölçülü jiletlər isə var".

"Elə valideynlər olurdu ki, övladına kostyum almaq istəmir. Keçən ildən qalan şalvarın və ya pencəyin hələ yaxşı vəziyyətdə olduğunu düşünür. Biz valideyni məcbur edə bilmərik ki, kostyum alsın. Buna görə də, hər bir geyimin ayrıca qiyməti var" - deyə E.Əzimov əlavə edib.

O qeyd edib ki, 6-cı sinfə qədər olan şagirdlər üçün kostyumun qiyməti 40 manat, tək şalvar isə 15 manatdır. Valideyn əgər pencəyi tək almaq istəsə, bu, ona 25 manata başa gələcək. 7-ci sinifdən yuxarı şagirdlər üçün isə kostyum 46, şalvar isə 18 manatdır. Tək pencək isə 28 manata başa gələcək.

Etibar Əzimovun sözlərinə görə, məktəbli formalarının qiymətlərində keçən illə müqayisədə heç bir dəyişiklik olmayıb.  Qiymətlər aşağıdakı kimidir:

1-6-cı siniflər üçün:

kostyum (qız-oğlan) - 40 manat,

şalvar 26-42 ölçü -15 manat,

ətək (yubka) 26-44 ölçü - 15 manat,

köynək (oğlan-qız) - 8 manat.

Jilet yoxdur.