Quran məntiqində həyanın 3 növü


Digərləri 21 Avq 2018 21:55:00 246 0

Quran məntiqində həyanın 3 növü

Əxlaq nəzəriyyəsinə görə, həyanın müxtəlif növləri və dərəcələri vardır. Onlarla tanış olaq:

1. Göz həyası. Son.az deyerler.org-a istinadən bildirir ki, Quran əxlaqının nəzərinə görə, həyalı kişi və qadın o insandır ki, öz gözünə nəzarət etməyi bacarır. Layiqli olmayan şeylərə baxmır. Siffeyn döyüşündə məhz Əmr ibni As (lən) İmam Əlinin (ə) həyasından xəbərdar olduğu üçün paltarını soyunmağa başlayır və İmam (ə) da həyasını qoruyub, gözlərini yumur və ondan əl çəkir.

2. Bədən və geyim həyası. Allah Təala insanları məxluqların ən şəfərlisi olaraq xəlq etmişdir. Ona görə də insanın, heyvanlar kimi əndamlarını aşkarda qoymasını bəyənmir. "Mömin qadınlara de ki, (başqalarının ayıb yerləri və yad kişinin bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda)gözlərini yumsunlar və öz ayıb yerlərini (üz və əllərindən başqa, bədənlərinin hər yerini yadların görməsindən) qorusunlar...". ("Nur" 31).