Dünya nəhəngi ABŞın tərəfindən çıxış etdi


Dünya 21 Avq 2018 21:58:00 241 0

Dünya nəhəngi ABŞın tərəfindən çıxış etdi

"Microsoft": Seçkilərə müdaxilə cəhdləri qeydə almışıq

"Microsoft" korporasiyası iddia edir ki, ABŞ-da Konqresə seçkilərə haker hücumuna dair yeni cəhdləri qeydə alıb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə məlumat şirkətin rəsmi saytında yerləşdirilib.

Şirkətin məlumatına görə, hakerlər "potensial qurbanları maraqlandıran" saytlar və URL ünvanlar yaradıblar. Məsələn, Senatın, bir neçə senatorun direktorlar şurasında təmsil olunduğu Beynəlxalq Respublikaçılar İnstitutunun saytını yaradıblar.

"Biz 2018-ci il seçkiləri ərəfəsində ABŞ siyasi partiyaları ilə bağlı şəxslərin təhlükəsizliyinə təhdidlər narahat edir. Ümumilikdə bu mənzərə bizim 2016-cı ildə ABŞ-da və 2017-ci ildə Fransada gördüyümüz mənzərəyə bənzəyir", - deyə məlumatda bildirilir.

Söhbət Strontium, Fancy Bear və APT28 adlı haker qruplarından gedir. Bu qrupları ABŞ-da Rusiya rəsmiləri ilə bağlayırlar. Rusiya tərəfi bu iddiaları rədd edir.