Ayaqqabı bağı bağlayan robot


Digərləri 21 Avq 2018 21:45:00 298 0

Ayaqqabı bağı bağlayan robot

Maşın mühəndisliyi üzrə təhsil alan tələbələrin hazırladığı robot, sadə bir mexanizmlə işləyir və müvəffəqiyyətli bir formada vəzifəsini yerinə yetirir.

Son.az deyerler.org-a istinadən bildirir ki, Kaliforniya Universitetində maşın mühəndisliyi fakültəsinin tələbələri Endryu Çoi, Qabriela Qomes, Jaklin Tran, Stefani Tai və Coel Hames iki mühərrik və 600 dollarlıq xərc ilə hazırladıqları ayaqqabı bağı bağlayan robotunun videosunu paylaşdılar. Maşın olduqca sadə bir sistemə sahibdir, ancaq təbii ki, istehsal və hazırlanma müddəti o qədər də asan deyil.

Mühəndislik dövrümüzün ən qiymətli peşələrindən biridir və mühəndislik tələbələri də təhsil həyatları boyunca tez-tez bənzər layihələrlə qabiliyyətlərini sərgiləyirlər. Ortaya çox vaxt sadə kimi görünən işlər çıxsa da, bunun bir təhsil müddəti olduğunu və mühəndisliyin də sadə bir iş olmadığını xatırlamaqda fayda var.