Skype yeni sistemə keçdi


Digərləri 21 Avq 2018 21:33:00 336 0

Skype yeni sistemə keçdi

"Skype" videomessenceri "end-to-end" şifrələmə sistemini tətbiq edib. Məxfi ünsiyyətə başlamaq üçün müvafiq istifadəçinin profilini açmaq və "New Private Conversation" seçmək lazımdır. Həmsöhbət göndərilmiş dəvəti qəbul etdikdən sonra, bütün mətn mesajları, fayllar, audioyazılar, səsli və videozənglər şifrələnir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu həftədən başlayaraq yeni funksiya "iOS", "Android", "Linux", "macOS" və "Windows" sistemlərində əlyetərlidir. Lakin bəzi məhdudiyyətlər də var: istifadəçilər bir qurğuda yalnız bir "şifrələnmiş" söhbətdə iştirak edə bilərlər. Məsələn, istifadəçi smartfondan kompüterə keçmək istədikdə, göndərilmiş və qəbul edilmiş bütün məlumatlar məxfi ünsiyyət aparılmış qurğuda yadda saxlanılacaq.