Bu il Azərbaycana gələn hər 5 turistdən biri Körfəz ölkələrindən olub


Digərləri 21 Avq 2018 21:00:00 245 0

Bu il Azərbaycana gələn hər 5 turistdən biri Körfəz ölkələrindən olub

Bu ilin yanvar-iyul aylarında Körfəz ölkələrindən (Birləşmiş Ərəb Əmirlikləri və İran istisna olunmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib.

Son.az Trend-ə istinadən bildirir ki, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 3,3 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 3,0 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,7 dəfə, Qətər vətəndaşlarının sayı 2,1 dəfə, İraq vətəndaşlarının sayı 25,1 faiz, Oman vətəndaşlarının sayı 16,5 faiz artıb.

İrandan gələnlərin sayında 21,1 faiz, Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayında isə 2,7 faiz azalma müşahidə edilib. Körfəz ölkələrindən gələnlərin ümumi sayı 4,0 faiz artaraq 355,3 min nəfər təşkil edib və ümumilikdə ölkəmizə gələnlərin demək olar ki, hər beş nəfərindən biri Körfəz ölkələrindən olub.