19 yaşlı Leyladan 20 gündür ki, xəbər yoxdur VİDEO


Digərləri 21 Avq 2018 21:09:00 247 0

19 yaşlı Leyladan 20 gündür ki, xəbər yoxdur  VİDEO

Bakıda gənc qız naməlum şəraitdə itkin düşüb. 19 yaşlı Leyla Məmmədova avqustun 2 -də qardaşı oğluna hədiyyə almaq adı ilə evdən çıxıb və geri dönməyib. Ailə üzvləri onun qoşulub qaçması yaxud da qaçırılması ehtimalını istisna edir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, ata 20 gün əvvəl müəmmalı şəkildə itkin düşən qızını axtarır.

İsa Məmmədovun sözlərinə görə, 19 yaşlı qızı Leyla Məmmədova yaşadıqları Sabunçu rayonu Maştağa qəsəbəsi Sovxoz yaşayış massivində səhər saat 9-dan evdən çıxıb və bir daha geri qayıtmayıb.

İsa Məmmədov deyir ki, qızının itigin düşdüyü gündən polisə məlumat verib. Ancaq hələ də axtarışlar heç bir nəticə verməyib. Leyla Məmmədova evdən çıxarkən əl çantasından başqa özü ilə heçnə götürməyib. İsa Məmmədov deyir ki , qızının sevdiyi olmayıb buna görə də qoşulub qaçması mümkün deyil. Ata qızının oğurlandığını iddia edir.


Xəbərə aid video