Latviya tekstil istehsalçıları MDB bazarlarına Azərbaycan vasitəsilə çıxmaq istəyirlər


Digərləri 21 Avq 2018 20:36:00 304 0

Latviya tekstil istehsalçıları MDB bazarlarına Azərbaycan vasitəsilə çıxmaq istəyirlər

Latviya tekstil mallarının istehsalçıları gələcəkdə öz məhsullarını MDB ölkələrinin bazarlarına ixrac etmək məqsədilə Azərbaycanda birgə istehsalat yaratmağı planlaşdırırlar.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri, "Gilan Textile" şirkətinin rəhbəri Mehriban Axundova deyib.

O bildirib ki, hazırda danışıqlar davam edir, xüsusilə Latviyanın alt paltar istehsalçıları bununla maraqlanırlar, çünki hazırda Avropa ölkələri üçün mövcud gömrük rüsumları və vergilərindən dolayı MDB bazarlarına çıxmaq onlar üçün sərfəli deyil. Azərbaycanın MDB ölkələri ilə azad ticarət zonası haqqında ikitərəfli sazişlər imzaladığını nəzərə alsaq, ölkəmizdə birgə istehsalatın yaradılması bu ölkələrə hazır məhsulların ixracını gömrük ödənişlərindən azad edəcək".

M.Axundovanın sözlərinə görə, artıq Latviyanın alt paltar istehsalçıları ilə danışıqlar aparılıb və bu ilin payız aylarında müvafiq razılaşmaların əldə olunması istisna deyil:

"Bundan əlavə, payızın ilk aylarında Rusiyanın Tekstil İstehsalçıları Assosiasiyasının sədri ilə görüş keçiriləcək. Görüş ərzində bu sahədə birgə planların başlanması müddəti müəyyənləşdiriləcək".